Oral-B iO6 Manual page 128

Hide thumbs Also See for iO6:
Table of Contents

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
Ağıllı Təzyiq Sensoru funksiyaları (a)
Sizin diş fırçanız fərqli işıq rəngləri ilə göstərilən müxtəlif
funksiyaları olan Ağıllı Təzyiq Sensoru (3) ilə təchiz edilmişdir:
Ağ (standart) = Əməliyyat göstəricisi (Oral-B tətbiqi (b)
vasitəsilə fərdi rəng seçin) / Aşağı təzyiq göstəricisi
Qırmızı = yüksək təzyiq göstəricisi / aşağı batareya göstəricisi
Yaşıl = tövsiyə edilən təzyiq göstəricisi
Mavi = Bluetooth əlaqələndirmə göstəricisi
Narıncı = Xəta göstəricisi (displey mesajlarını izləyin)
Yaşıl işıq ilə göstərilən düzgün təzyiqlə fırçalayın. Həddən artıq
təzyiq tətbiq edilərsə, qırmızı işıq yanır və sizə təzyiqi azaltmaq
lazım olduğunu xatırladır. Ağıllı Təzyiq Sensoru ağ rəngdə
yandıqda (və ya siz rəngi əvvəldən seçdikdə) daha çox təzyiq
tətbiq etməyi tövsiyə edirik. Yüksək təzyiq zamanı fırça
başlığının hərəkəti azalacaqdır («Gündəlik Təmizləmə»,
«İntensiv» və «Həssas» rejimlərdə).
İstifadə zamanı fırça başlığına orta dərəcədə basaraq Ağıllı
Təzyiq Sensorunun necə işlədiyini periodik qaydada yoxlayın.
Qeyd: Oral-B tətbiqindən istifadə zamanı Ağıllı Təzyiq
Sensorunun rəyi bəzi funksiyalar üçün qeyri-aktiv ola bilər.
Qeyd: Ağıllı Təzyiq Sensoru «Dil Təmizləmə» rejimində
(modeldən asılı olaraq) qeyri-aktiv edilir.
Fırçalama rejimləri (modeldən asılı olaraq)
Sizin diş fırçanız displeydə göstərilmiş fərqli fırçalama rejimləri
təklif edir:
«Gündəlik Təmizləmə» – Gündəlik təmizləmə üçün standart
rejim
«Həssas» – Həssas sahələr üçün zərif, bir o qədər də
dərindən təmizləmə
«Ağartma» – Hərdən və ya gündəlik istifadə üçün müstəsna
parlatma
«Damağa Qulluq» – Damağınızı zərif şəkildə masaj edir
«İntensiv» – Yüksək səviyyəli təmizlik hissi üçün (daha yüksək
sürətdə işləyir)
«Super Həssas» – Daha həssas bölgələr üçün super zərif
təmizləmə
«Dil Təmizləmə» – Bəzən və ya hər gün dilin təmizlənməsi
Fırçalama rejimlərinin ardıcıllığı və əlçatanlığı satın alınan
modeldən asılı olaraq dəyişə bilər.
«Dil Təmizləmə» rejimində fırçanı işlədən zaman biz «Zərif
Qayğı» fırça başlığından istifadəni tövsiyə edirik (d). Siz dilinizi
diş məcunu ilə və ya onsuz fırçalaya bilərsiniz. Dilinizin bütün
səthini zərif hərəkətlərlə sistematik təmizləyin. Tövsiyə edilən
fırçalama müddəti 30 saniyədir; mühərrik 30 saniyə sonra
dayanır.
128
91451398 _iO6_EE_75x155.indd 128
91451398 _iO6_EE_75x155.indd 128
23.11.20 10:09
23.11.20 10:09

Hide quick links:

Advertisement

Table of Contents
loading

Table of Contents