7
Əgər buxarda bişirmə üçün hələ su çənini su ilə doldurmamısınızsa, "Su çənini
doldurmaq" fəslinə nəzər salın və qabı əsas qurğuya yerləşdirməzdən əvvəl su
çəninə su əlavə edin.
Qeyd
• Qabı əsas qurğunun üzərinə yerləşdirməzdən əvvəl su çəninin qapağının yerində
düzgün bağlanmasından əmin olun.
8
Qapağı altda tutaraq qabı tərs çevirin.
9
Qabın qapağının üzərindəki konnektoru kilidləmə sahəsinə uyğunlaşdırıb qapağı
altda tutaraq qabı əsas qurğuya yerləşdirin. Qabı əsas qurğuda kip yerəşdirmək
üçün onu aşağıya itələyin və tutacağın sağ tərəfdə olduğundan əmin olun.
10
Nəzarət düyməsi sönülü vəziyyətdə (OFF) olmazsa, əvvəlcə, onu sönülü vəziyyətə
gətirin.
11
Cihazı cərəyan şəbəkəsinə birləşdirin.
12
Sizə lazım olan buxarda bişirmə vaxtını seçmək üçün idarəetmə düyməsini çevirin.
Tövsiyə olunan buxarda bişirmə vaxtı üçün "İnqrediyentlər və buxarda bişirmə
vaxtı" fəslindəki cədvələ və resept kitabçasına nəzər salın.
Buxar işığı
»
Buxarda bişirmə dövrü bitdikdə cihaz siqnal verəcək və buxar işığı sönəcək.
»
cihaz buxarda bişirdikdə ağ rəngdə olacaq.
- Azərbaycan 48 -