Download Print this page

Təhlükəsizlik Sistemləri; Elektromaqnit Sahələr (Ems); Giriş - Philips AVENT SCF883 Manual

Hide thumbs Also See for AVENT SCF883:

Advertisement

Available languages
  • EN

Available languages

  • ENGLISH, page 1
- Yeməyi yenidən qızdırarkən və ya donunu açarkən saxlama
qabını cihazın qabına yerləşdirməzdən əvvəl saxlama qabının
qapağını möhkəm bağladığınızdan əmin olun, əks halda onu
qabdan götürdüyünüz zaman sızma ola bilər.
- Saxlama qabında olan yeməkləri mikrodalğalı sobada qızdırmaq
qidanın bir hissəsinin həddindən artıq qızmasına səbəb
ola və qida dəyərinə təsir edə bilər. Temperaturun bərabər
paylanmasını təmin etmək üçün qızdırılan yeməyi həmişə
qarışdırın və süfrəyə verməzdən əvvəl temperaturu yoxlayın.
- Saxlama qabında olan yeməyi yenidən qızdırmaq və ya
donunu açmaq üçün mikrodalğalı soba (qril funksiyası olan)
istifadə edirsinizsə, qril funksiyasını seçməyin. Qrildə bişirmə
prosesini yenicə başa vurmusunuzsa, saxlama qablarını
qoymazdan əvvəl mikrodalğalı sobanın soyumasını gözləyin,
çünki qalıq istilik saxlama qablarına zərər verə bilər.
Təhlükəsizlik sistemləri
İstifadə zamanı təhlükəsizliyiniz üçün bu cihaz quraşdırılmış təhlükəsizlik kilidi ilə təchiz
edilmişdir. Bu cihaz yalnız bütün hissələri düzgün quraşdırıldıqda işləyəcək. Bütün hissələrin
düzgün yığılması quraşdırılmış təhlükəsizlik kilidini açacaq.
Bu cihaz eyni zamanda həddindən artıq qızmanın qarşısını almaq funksiyası ilə təchiz edilib.
İki buxarda bişirmə dövrü arasındakı vaxt çox qısadırsa, cihaz həddindən artıq qıza bilər.
Cihazın həddindən artıq qızmanın qarşısını almaq funksiyası buxarda bişirmə dövrü ərzində
aktivləşirsə, idarəetmə düyməsini yenidən söndürmə mövqeyinə (OFF) çevirin və cihazın bir
neçə dəqiqə soyumasına imkan verin. Bundan sonra cihazı yenidən istifadə edə bilərsiniz.
Elektromaqnit sahələr (EMS)
Bu Philips cihazı elektromaqnit sahələrə təsir ilə əlaqədar bütün müvafiq standartlara və
qaydalara uyğundur.
Giriş
Philips-dən alış-veriş etdiyiniz üçün sizi təbrik edirik və "Philips Avent-ə xoş gəlmisiniz"
deyirik! Philips Avent-in təklif etdiyi dəstəkdən tam şəkildə yararlanmaq üçün məhsulunuzu
www.philips.com/welcome
Bu 4-ü birində körpə qidası bişiricisi buxarda bişirmə və qarışdırma funksiyalarını bir cihazda
birləşdirərək bütün valideynlərin körpələri üçün qidalı yeməklər hazırlamasına kömək edir.
Körpə qidası bişiricisini körpə qidalarının donunu açmaq və ya isitmək üçün də istifadə edə
bilərsiniz.
səhifəsində qeydiyyatdan keçirin.
- Azərbaycan 41 -

Advertisement

loading

This manual is also suitable for:

Avent scf885